Redrum

By 21Rave

On QIRXAYAQ

Released on June 16, 2023

Thumbnail

["Redrum" ft. Neocortex üçün mahnı sözləri]


[Giriş: 21Rave]

Hər halımdan bəllidir, mənəm o qırxayaq


[Hissə 1: 21Rave]

Yeriyirəm addım-addım (Addım-addım)

Heç kimdən kopyalamadım, bu zibil qanımdadır (Qanımdadır)

Mənə güvənən bütün insanlar yanımdadır

Və mənə inanmayanların hamısı yadımdadır

Əsəbim tarımlanıb, gecəni yarıladım (Go)

Tutub keçi inadım, durub bildirdim iradımı (Yeah)

Bəlkə, məni dinləmir sənin ətrafındakılar

Amma sizin səsiniz gəlir daha çox Nivadan (Daha çox Nivadan)

Mən vəzir, sən piyada, ah

Gedəcəksən bada

Qoymaq lazım gəlir qadağa

Kütlə seçə də bilmir sizə görə ağı qaradan (Woah)

Əmin ol ki, enməyib güclərim mənə havadan

Çəkdik kalan əziyyət, hər gün çalış, çalış, çabala

(Çabala, çabala, çabala, çabala)

Gəlsə içinə qorxu, tüpür dabana

Səslər içimi boğur, buraxdım zamana

Hər şeyi həll etmir dolu çamadan

Yeriyirəm addım-addım, ətraf olur toz (Toz)

Tanı məni, adam, mənim adım Jack Torrance (Torrance)

Açmışam mən üçüncü göz, edir hipnoz, ah

Bacarsan, bu tilsimə döz, dağılar "пост"un

Rəngləri pozdum, hamısı bozdur

Əlaqəni kəsdim, daha çox deyil dostum

Çağıranda harayıma gələn sağ olsun

Doqquz aydır, ayağımdadır geyindiyim "Air Force"um

De mənə: "Bədheybət"

De mənə: "Monster"

Sizləri həqiqətdən Tanrı qorusun

Düşürsünüz hər ildən ilə bu yoxuşu

İşləyir dəqiqəm, hökmümü oxusun

Ovsunlayır bu tərzim özüməxas

Nə qədər boş etsən də, mənə yaramaz

Kakuja mode, Kaneki Ken

Anlamırsan bu frazanı

Tanıyıram, kimlərdir mənim generasiyam


[Keçid: 21Rave]

Hər halımdan bəllidir, mənəm o qırxayaq

Hər halımdan bəllidir, mənəm o qırxayaq

Bura REDRUM

REDRUM

Sən geri dur

Bura REDRUM


[Hissə 2: Neocortex]

Damarında qan əvəzi neftdir, yeah

Xəyalında Lambo' deyil, evdir, yeah

Diləyin şəhərin göbəyində kabinet

Səhər pomidor-yumurta, günorta минет

Damarında qan əvəzi neftdir, yeah

Xəyalında Lambo' deyil, evdir, yeah

Diləyin şəhərin göbəyində kabinet

Səhər pomidor-yumurta, günorta минет

Damarında qan azdır, neft bitir

Bakı xəyallarını da rədd edir

Ürəyini tərk еlədi özgüvən

Yan otaqda atandır öskürən


[Keçid: Neocortex]

Zülmətə alışmış ürək möhtac günəş şüalarına

Bilmirəm, Allah var, ya yoxdur, amma möhtacam anamın dualarına

Arzular zəhər dadır

Sən demə, arzular şirindir, ta ki əlçatmazdırlar

Uşaq idim, elə bilərdim, arzularına çatanlar arzularına çatmayanları alçaltmazdılar

Repdən pul çıxartmaq üçün artıq izin vеrin, özümü dartım


[Hissə 3: Neocortex]

Bəy nəslindən

Yekə qarınam, özü də repə aşiqəm

Baby, yaraşığam

Və beyni qarışığam, qərəz tipəm

Məni ayrı civi qapa bilər, ona görə tələsginən

Küçə diliyəm və rəsmiyəm

Mikrofonda "fuck police!"

Qardaşım Odin, kiçik bacım isə Chuck Norris

Bu da mənim eqom

Denən görüm sənin eqon neçə santimetrdir?

Ən sevdiyin osduraqçı hansı reperdir?

Rəqabətə hazırıq, bəzən biz də mikrofona bass veririk

Nas-ı, Sezen Aksunu və Mc B.u.S-ı sevirik

Yanımızda vaginalı qaqilər

Bomba rep edirik orijinalı da belə

Seçilirəm orijinallığım ilə

Bunu bilir rayondakılar, bir də Bakıdakılar, motherfucker


[Sonluq: Neocortex]

Ağa deyir: "Sür dərəyə, sür ağanın üstünə"

Ağalar küsdülər

Ağa deyir: "Sür dərəyə, sür ağanın üstünə"

Nağaraq, küsdülər?

Ağa deyir: "Sür dərəyə, sür ağanın üstünə"

Ağalar küsdülər

Ağa deyir: "Sür dərəyə, sür ağanın üstünə"

Nağaraq, küsdülər?